Gürcüstan

Saakaşvili siyasətə qayıdır?

16 İyun 2023 23:00
Baxış: 6 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili bu gündən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Saakaşvilinin "Facebook" hesabında edilmiş paylaşımda qeyd olunub ki, o, səhhətindəki problemlərə baxmayaraq, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək. Saakaşvili həmçinin keçirilən bütün məhkəmə iclaslarında şəxsən iştirak edəcəyini əlavə edib.

"Mən əsasını qoyduğum "Vahid Milli Hərəkat" partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram", - Saakaşvili qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.