"Art Weekend" çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Püstə ağacı: yaddaşın kökləri” adlı multidissiplinar layihə təqdim olunacaq - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 oktyabr - 2 noyabr tarixlərində Bakıda "Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənət, mədəniyyət və ekologiyanı birləşdirən genişmiqyaslı layihədir.
Milli.Az xəbər verir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir.
Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək.
Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.
Festival çərçivəsində keçiriləcək tədbirlərdən biri Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində baş tutacaq. Burada "Püstə ağacı: yaddaşın kökləri" ("Püstə ağacı: Üç həyat damlası / The Pistachio Tree: Three Drops of Life") adlı multidissiplinar layihə təqdim olunacaq.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun (1935-2016) hekayəsi əsasında hazırlanan tamaşa insan və ağac haqqında dözümlülük, yaddaş və ümid rəmzi olan bir hekayəni danışır. Bu, kök, zaman və insanın daxili işığını qorumaq bacarığı haqqında bir hekayədir.
Monospektakldə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov çıxış edəcək.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova qeyd edib:
"Layihə üç elementi - incəsənət, ənənə və təbiəti birləşdirərək vahid bədii məkan yaradır. Burada keçmiş və gələcək püstə ağacı simvolunda qovuşur - bu ağac az su olan yerlərdə belə yaşamağı və çətin şəraitdə həyatı qorumağı bacarır.
Ədəbiyyatı, ənənələri və ekologiyanı bir araya gətirən "Püstə ağacı: yaddaşın kökləri" layihəsi bu ideyanı ifadə edir: Keçmişin mədəniyyətini qoruyaraq, biz gələcəyin təbiətinə cavabdehik".
"Püstə" xalçası, "Azərxalça" ustaları tərəfindən toxunaraq, mədəni köklərin və milli ənənələrin obrazı kimi təqdim olunacaq. Onun naxışları hekayənin mövzusu ilə səsləşərək ədəbiyyat, sənətkarlıq və Azərbaycan mədəniyyətini birləşdirəcək.
Bundan əlavə, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin qarşısında püstə ağacı əkiləcək. Bu ağac, təbiətə və suya qayğı ilə yanaşmanın canlı rəmzidir. Bu jest, bədii ideyanı əmələ çevirərək, insanı, incəsənəti və təbiəti eyni nəfəsdə birləşdirəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı keçirilib - (Foto)
-
Filarmoniyada görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirildi - (Foto)
-
Azər Aydəmir yeni vəzifəyə təyin olundu
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
Plener əsərlər sərgisi açılacaq
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
XƏBƏR LENTİ
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - rəsmi açıqlama - (Video)
-
Oktyabrın beş şanslı bürcü
-
“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” - Lalə Məmmədova
-
Süd məhsullarını bu qidalarla birlikdə yemək olmaz
-
Murat Ceylanın son halı təəccübləndirdi - (Foto)
-
Belə pomidorları almayın
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? - ana danışdı - (Video)
-
Rubio ilə razıyıq, heç bir perspektiv yoxdur - Peskov
-
Necla Uyqur vəfat etdi - (Foto)
-
Fidan Mansurovaya vəzifə verildi
-
“Həmin tarixədək İrana hücum etməyəcəyik” - Tramp
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
-
Günün qoroskopu: Biznes imkanlarınız parlaqdır
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
54 yaşlı Defne Samyelinin dərin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
AFFA UEFA-nın qərarına qarşı çıxıb
-
"Mançester Siti"yə ağır cəza gözlənilir
-
Qəbələdə meymunla şəkil çəkdirmək istəyən turist xəstəxanalıq oldu - (Foto)
-
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
-
Paşinyanın hərəkətləri müzakirəyə səbəb oldu - (Video)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Elvin Mahmudzadə və Səbuhi Məmmədov həbs edildilər
-
Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır





