Ölkə

Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)

18 Noyabr 2026 22:52
Baxış: 99
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda gənc rəssam yaşadığı evdə qətlə yetirilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ağır cinayət ötən gün paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsindəki çoxmərtəbəli binada törədilib.

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 23 yaşlı Gülarə Mehdiyeva qətlə yetirilib. Hadisə yerinə gələn istintaq qrupu müəyyən edib ki, Gülarə mətbəxdə bıçaqlı hücuma məruz qalıb. Onun səsinə qonşular gələrək dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Saxlanılan Ayxan Mehdiyev istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Onların yaşadığı binanın komendantı deyir ki, ailə sakit və mehriban olub.

Qeyd edək ki, Gülarə Mehdiyeva həvəskar rəssam olub, onu qətlə yetirməkdə şübhəli bilinən qardaşı isə 1-ci kurs tələbəsidir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.