İdman

Arda Gülərin “Real Madrid”lə müqaviləsi uzadıldı – Maaşı da artırıldı

18 Noyabr 2026 15:34
Baxış: 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid" Türkiyə millisinin üzvü Arda Gülərlə əməkdaşlığını daha uzun müddət davam etdirmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, Madrid klubunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, 21 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalanıb. Razılaşmaya görə, futbolçu 2032-ci ilin yayına qədər İspaniya təmsilçisinin formasını geyinəcək. Yeni müqavilə çərçivəsində onun əməkhaqqında da artım nəzərdə tutulub.

Qeyd edək ki, Arda Güler 2023-cü ildə "Fənərbaxça"dan "Real Madrid"ə transfer olunub. Onun əvvəlki müqaviləsi 2029-cu ilin yayında başa çatmalı idi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.