Hadisə

Bakıda qəzada ölən kuryer son mənzilə belə yola salındı - (Video)

18 Noyabr 2026 13:12
Baxış: 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünən Bakıda baş verən ağır yol qəzasında həyatını itirən motosikletçi Asif Ağaverdiyev dəfn edilib.

Milli.Az xəbər verir ki, mərhumun dəfn mərasimində çoxsaylı motosikletçi iştirak edib. Onlar Asif Ağaverdiyevin nəşini motosikletləri ilə müşayiət ediblər.

Qeyd edək ki, hadisə ötən gün saat 10 radələrində Yasamal rayonu, Moskva prospekti 45 ünvanında, "Şamaxinka" adlanan ərazidə tunelin girişində baş verib.

Belə ki, Q.Qaçayevin idarə etdiyi "Toyota" markalı avtomobil hərəkətdə olarkən Asif Əliheydər oğlu Ağaverdiyevin idarə etdiyi "Dayun DY-156-ES" markalı motosikletlə toqquşub. Kuryer kimi çalışan motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.