Hadisə

Samuxda ağır qəza - Ölən və xəsarət alan var

18 Noyabr 2026 10:20
Baxış: 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 17-də saat 19:00 radələrində rayonun Qədili kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İlyas Aslanovun idarə etdiyi "Chevrolet Niva" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarına aşıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Əziz Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.