Hadisə

Futbol matçında ağır zərbə alan gənc oyunçu öldü - Anbaan video

18 Noyabr 2026 10:37
Baxış: 90
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Argentinada futbol matçı zamanı xəsarət alan gənc futbolçu Abel Nunyes vəfat edib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Argentina Futbol Assosiasiyasının gənclər arasında təşkil etdiyi turnirin qarşılaşmasında baş verib.

"Ezeiza" klubunun oyunçusu topu uzaqlaşdırarkən başından güclü zərbə alıb və huşunu itirərək yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.

Həkimlər gənc futbolçunu əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə anının görüntülərini təqdim edirik:

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.