Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Sardiniya adasındakı Bolotana qəsəbəsi qadınların uzunömürlülük göstəricisi ilə tədqiqatçıların diqqətini çəkib. Yeni araşdırmaya əsasən, burada 70 yaşına çatmış qadınların 100 yaşadək yaşamaq ehtimalı 13,83 faiz təşkil edir.
Milli.Az xəbər verir ki, bu göstərici İtaliya üzrə orta səviyyədən təxminən dörd dəfə yüksəkdir. Ölkədə 70 yaşdan sonra 100 yaşa çatmaq ehtimalı orta hesabla 3,5 faiz, ABŞ-də isə 3,6 faizdir.
Beş ildə 19 nəfər yüz yaşını qeyd edib
Araşdırmada bildirilir ki, 2021-2025-ci illərdə Bolotanada 19 nəfər 100 yaşını qeyd edib. Onlardan 14-ü qadın olub.
Alimlər onilliklərdir insanların daha çox 100 yaşa çatdığı "mavi zonalar"ın sirrini öyrənməyə çalışırlar. Belə ərazilərdən biri əvvəllər Sardiniyanın dağlıq hissəsində müəyyənləşdirilib. Həmin bölgədə uzunömürlü kişilərin yüksək payı diqqət çəkirdisə, Bolotanada qadınlar önə çıxır.
Uzunömürlülüyün səbəbi hələ məlum deyil
Nəşrin yazdığına görə, Bolotanadakı vəziyyət qidalanma, fiziki fəallıq, genetik xüsusiyyətlər və böyük şəhərlərlə müqayisədə daha sakit həyat tərzinin birgə təsiri ilə bağlı ola bilər. Lakin bu amillərdən hansının həlledici rol oynadığı müəyyənləşdirilməyib.
Məqalədə uzunömürlülüyün sirrinin təkcə dərmanlarda deyil, insanların gündəlik vərdişlərində və həyata yanaşmasında da ola biləcəyi ehtimalı irəli sürülür.
Bununla yanaşı, nəşr nəticələrə ehtiyatla yanaşmağa çağırır. Bildirilir ki, tədqiqat müəlliflərinin "mavi zonalar"ı araşdıran özəl layihələrlə əlaqələri var və belə ərazilərin aşkarlanmasında maddi maraqları ola bilər.
Bu səbəbdən Bolotananı indidən müstəsna uzunömürlülük ərazisi kimi təqdim etməyin tez olduğu vurğulanır.
"Mavi zonalar"la bağlı mübahisələr
Uzunömürlülük göstəricilərinin etibarlılığı elmi müzakirələrə də səbəb olur. Tədqiqatçı Sol Castin Nyuman bəzi "mavi zonalar"da yüksək yaş göstəricilərinin sənədlərdəki səhvlər, ölümlərin qeydə alınmaması və pensiya dələduzluğu ilə bağlı ola biləcəyini iddia edir.
Onun fikrincə, xüsusilə keçmişdə yaşamış bəzi uzunömürlü şəxslərin yaşını təsdiqləyən sənədlər yetərli deyil. Nyuman əhalinin qeydiyyatının zəif aparıldığı bölgələrdə bu rəqəmlərin dəqiqliyinin ayrıca yoxlanılmasının vacibliyini vurğulayır.
Bu iddialar Bolotana ilə bağlı nəticələrin yanlış olduğunu özlüyündə sübut etmir, lakin uzunömürlülük araşdırmalarında yaş məlumatlarının etibarlı sənədlərlə təsdiqlənməsinin əhəmiyyətini göstərir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
XƏBƏR LENTİ
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
Könül Kərimova 15 kiloqram arıqlamasının səbəbini açıqladı
-
Bu 5 əşyanı dərhal evinizdən çıxarın
-
5 bürcə göydən pul yağacaq
-
Tualet kağızı tarixə qovuşur - yeni gigyena cihazı
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Günün qoroskopu: Ani qərarlar vermək üçün uyğun gün deyil
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
-
11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Məşhur aktyor Luis Lorenso həbs edildi
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)
-
Eldar İsmayılov təqaüdə göndərilir
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə





