Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havaların soyuması avtomobillərin texniki vəziyyətinə də təsirsiz ötüşmür. Xüsusilə şaxtalı günlərdə mühərrik, akkumulyator, təkərlər və digər vacib hissələr əlavə yüklənməyə məruz qalır. Vaxtında texniki qulluq edilmədikdə isə sürücülər yolda gözlənilməz nasazlıqlarla və əlavə xərclərlə üzləşə bilərlər.
Milli.Az xəbər verir ki, qış aylarında avtomobilin saz vəziyyətdə qalması üçün bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır.
1. Mühərrik yağını yoxlayın
Soyuq havada mühərrik yağının özlülüyü artır. Buna görə də avtomobilin istehsalçısı tərəfindən tövsiyə edilən yağdan istifadə etmək vacibdir. Yağın dəyişdirilmə müddəti çatıbsa, bunu qışa saxlamamaq məsləhətdir.
2. Antifrizi unutmayın
Qışda ən çox diqqət tələb edən məsələlərdən biri soyutma sistemidir. Radiatordakı mayenin donma temperaturu yoxlanılmalı, istifadə edilən antifrizin hava şəraitinə uyğun olduğuna əmin olunmalıdır. Soyutma sistemində sızma varsa, problem vaxtında aradan qaldırılmalıdır.
3. Akkumulyatorun vəziyyətini yoxladın
Soyuq havada akkumulyatorun gücü azalır. Bu səbəbdən səhərlər avtomobilin işə düşməməsi halları ilə qarşılaşmaq mümkündür. Akkumulyatorun enerji saxlama qabiliyyətini və generatorun işləməsini yoxlatmaq tövsiyə olunur.
4. Təkərlərə xüsusi diqqət yetirin
Yağışlı, şaxtalı və qarlı havada yolun sürüşkən olması qəza riskini artırır. Təkərlərin protektor dərinliyi, təzyiqi və ümumi vəziyyəti yoxlanılmalıdır. Mövsümə uyğun təkərlərdən istifadə təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
5. Əyləc sistemini yoxlatdırın
Əyləc qəlibləri, disklər və əyləc mayesi mütəmadi yoxlanılmalıdır. Əyləc zamanı səs, titrəmə və ya avtomobilin bir tərəfə çəkməsi müşahidə olunarsa, nasazlığın səbəbi araşdırılmalıdır.
6. Şüşəsilənləri dəyişin
Yağış və qar zamanı yolun görünməsi sürücünün təhlükəsizliyi üçün vacibdir. Köhnəlmiş şüşəsilənlər şüşəni lazımi səviyyədə təmizləmədiyindən onların vəziyyətinə baxılmalı, ehtiyac olduqda yenilənməlidir.
7. Donmayan şüşəyuyan mayedən istifadə edin
Adi su soyuq havada dona və şüşəyuyan sisteminə zərər verə bilər. Buna görə də qış temperaturuna uyğun xüsusi mayedən istifadə edilməlidir.
8. İşıqlandırma sistemini yoxlayın
Qışda hava daha tez qaraldığından faraların, stop işıqlarının və dönmə siqnallarının saz olması vacibdir. Çirkli və zəif işıq verən faralar görünüş məsafəsini azalda bilər.
9. Rezin detalları və şlanqları yoxladın
Soyuq hava rezin hissələrin elastikliyini azalda bilər. Qapı rezinləri, mühərrik şlanqları və digər birləşmələrdə çat və zədələrin olub-olmadığı yoxlanılmalıdır.
10. Mühərriki soyuq vəziyyətdə yükləməyin
Avtomobili işə saldıqdan sonra qısa müddət gözləmək və hərəkətə sakit başlamaq məsləhətdir. Mühərrik normal iş temperaturuna çatana qədər yüksək dövrlə sürməkdən və kəskin sürətlənmələrdən çəkinmək lazımdır.
Avtomobildə qış üçün nələr olmalıdır?
Sürücülərə qış aylarında avtomobildə ehtiyat əlcək, fənər, ilk yardım çantası, telefon üçün enerji mənbəyi, yedək trosu və mövsümə uyğun digər zəruri vasitələr saxlamaq tövsiyə olunur.
Unutmaq olmaz ki, avtomobilə vaxtında qulluq etmək yalnız onun istismar müddətini uzatmır, həm də soyuq havada yolda qalmaq və qəza riski ilə üzləşmək ehtimalını azaldır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Bakıda sürücü sükan arxasında öldü
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
-
Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqlənib
-
Azərbaycan və Özbəkistan arasında pensiya təminatı haqqında saziş təsdiqlənib
-
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 70 qəpik
-
Tanınmış idmançı 6 saatlıq parkinqə 33 manat ödəyib şikayətləndi (Video)
-
Saxlanılan sabiq icra başçısının məhkəməsi başlayır
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı (Video)
-
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
-
Rəqsanənin qızı Yana əməliyyatdan sonra bədən quruluşunu nümayiş etdirdi - (Video)
-
Evlərimizdə gizlənən təhlükə: Bu əşyaların içində civə var
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Azərbaycan millisi İraqla qarşılaşacaq
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Cəbrayılın Soltanlı kəndinə köç oldu - (Yenilənib)





