Cəmiyyət

Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)

12 Noyabr 2026 21:21
Baxış: 80
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun cansız bədəni Göygöl rayonunun Hacıməlik kəndi ərazisindəki boş torpaq sahəsində aşkarlanıb.

İlkin müayinə zamanı mərhumun üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.