Mədəniyyət

Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)

12 Noyabr 2026 17:28
Baxış: 84
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin "İki aktrisa üçün baş rol" əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb.

Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib, uğurlar arzulayıb.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Cəfər Əhmədov, Sabir Məmmədov və aktrisa Güney Əliyeva iştirak edirlər.

Yeni səhnə əsərinin quruluşçu rejissoru və səhnə tərtibatçısı Əməkdar incəsənət xadimi Bəhram Osmanov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Fəridə Zülfüqarlıdır.

Əsər teatral komediya janrında yazılsa da, daha çox gərgin dramatizmi ilə seçilir və teatr həyatından bəhs edir. Cəmi dörd personajın iştirak etdiyi səhnə əsərində sehrli dünya olan teatr sənətinin əsas yaradıcıları - aktyor, dramaturq və rejissor arasında baş verən mürəkkəb-psixoloji münasibətlər əksini tapıb. Bu dörd nəfəri çox şey birləşdirir, amma ən vacibi və daimi olanı məhz sənət, teatr yanğısı və böyük səhnəyə məhəbbətdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.