Cəmiyyət

Arif Mirzəyev vəfat etdi

11 Noyabr 2026 21:09
Baxış: 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, musiqiçi uzunsürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib.

Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb.

​Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasının nadir sintezini yaradan Arif Mirzəyev "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülüb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.