Maraqlı

Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)

11 Noyabr 2026 15:10
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə iki ailənin həyatını dəyişən duyğusal hadisə baş verib.

Milli.Az xəbər verir ki, Kahramanmaraş və Yozqatdan övladlarının müalicəsi üçün Ankaraya gələn ailələr xəstəxanada tanış olublar. Uşaqlarının böyrək transplantasiyasına ehtiyacı olduğunu öyrənən atalar bir-birinə dəstək olmaq qərarına gəliblər.

Beləliklə, atalar öz övladlarına deyil, qarşı tərəfin uşağına böyrək donoru olmaqla çarpaz transplantasiyanın həyata keçirilməsinə şərait yaradıblar.

Uğurlu əməliyyat nəticəsində 1,5 yaşlı Hatice Duru və 8 yaşlı Hatice Mehlika sağlamlıqlarına qovuşmaq üçün yeni şans əldə ediblər.

Xəstəxanada başlayan bu tanışlıq iki uşağın həyatını dəyişən nümunəvi həmrəyliyə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.