Azərbaycanda taksi qiymətləri artacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda taksi xidmətləri üzrə vergi inzibatçılığının dəyişməsi nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib.
Onun sözlərinə görə, dəyişiklikdən sonra qazancı az olanlar daha aşağı, çox gəlir əldə edənlər isə ona uyğun olaraq vergi ödəyəcəklər.
Nicat İmanov əlavə edib ki, hazırda vergi fərqlənmə nişanının alınması şəklində həyata keçirilir, yəni sabit şəkildə gəlirin az və ya çox olmasından asılı deyil. Başqa sözlə, 18 manat məbləğində vergi ödənişi aparılır:
"Hazırkı təklif isə daha balanslı və gəlir əsaslı vergi modelinin tətbiqidir. Yəni operatorlar tərəfindən ödəmə mənbəyində verginin tutulması ilə taksi fəaliyyəti göstərənlərin inzibatçılıq yükünün aradan qaldırılması, onlara çatacaq məbləğlərdən dövlətə 1% məbləğin tutulması ilə gəlirdən verginin tutulması şəklində keçir".
Maraqlıdır, dəyişiklik taksi fəaliyyətinə necə təsir edəcək? Taksi qiymətlərində artım ola bilərmi?
Bununla bağlı Oxu.Az-ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, sözügedən dəyişiklik ədalətli mexanizmdir:
"Hazırda bir çox taksi sürücüsünün vəziyyəti o qədər də yaxşı deyil. Taksi operatoru şirkətləri sürücüləri kifayət qədər istismar edirlər. Belə ki, taksi operatoru şirkətləri sürücülərdən göstərdikləri xidmətə görə əldə etdikləri məbləğin 30 faizini komissiya haqqı kimi alırlar. Məsələn, taksi sürücüsü 10 manat qazanırsa, bunun 3 manatını taksi operatoru şirkətinə ödəyir. Bu isə kifayət qədər böyük rəqəmdir.
Əgər biz həqiqətən də taksi sürücülərinin maddi rifahının yüksəlməsini istəyiriksə, bu faiz dərəcələri azaldılmalıdır. Taksi operatoru şirkətləri qarşısında məsələ qaldırılmalı və komissiya haqlarının aşağı salınması tələb edilməlidir.
Vergi məsələsinə gəlincə, az işləyənin az, çox işləyənin isə çox vergi ödəməsi ədalətli mexanizmdir. Ancaq o demək deyil ki, yeni qərar taksi sürücülərinin maddi rifahını yüksəldəcək".
Onun sözlərinə görə, taksi qiymətləri tələb və təklif əsasında formalaşır:
"Qiymətlər sutkanın saatına, iqlim və hava şəraitinə görə dəyişir.
Ona görə də düşünmürəm ki, bu qərar qiymətlərə ciddi təsir göstərəcək. Lakin müəyyən müddətdən sonra taksi sürücülərinin gəlirləri azalarsa, taksi operatoru şirkətləri tədricən qiymətləri artırmağa məcbur qala bilərlər. Amma hazırda qiymətlərin artacağını demək mümkün deyil".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
-
Azərbaycanda taksi qiymətləri artacaq?
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
-
Ev almaq istəyənlərə şad xəbər - İpoteka müraciətləri başlayır
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
Ərdoğan Azərbaycana təşəkkür etdi
-
5 gündə 90 mindən çox sərnişin - Bakıdan bölgələrə böyük axın
-
Xocavənddə traktor minaya düşdü - Yaralanan var
-
"Fənərbağça" Dirk Kuytı göndərdi
-
Ət, süd, meyvə-tərəvəz bahalaşacaq?
-
Sərxan Kərəmoğlu özünə qəbir qazdırıb, məqbərə tikdirdi - (Video)
-
BDU-da tələbələr dərsdə domino oynadılar - (Video)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
Vəfa Şərifova sevgilisi ilə görüntüsünü paylaşdı - (Video)
-
"Yuventus" millimizin futbolçusuna "elçi düşdü"
-
Aparıcı Çinarə qızı üçün aldığı evi nümayiş etdirdi – (Video)
-
20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür
-
Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
-
Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)
-
Ayın 12-də 14 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - (Foto)
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi





