Cəmiyyət

Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)

11 Noyabr 2026 12:52
Baxış: 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Liderlər Sammiti başlayır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş sammitdə iştirak etmək üçün gələn dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərinin rəhbərlərini qarşılayırlar.

Qarşılama mərasimində diqqətçəkən məqamlardan biri Ermənistanın Baş naziri Nikol Paşinyanın tədbirə gəlişi zamanı yaşanıb.

Belə ki, Paşinyan içəri daxil olarkən Azərbaycan mahnısı səsləndirilib. Söhbət Tofiq Quliyevin musiqisinə, xalq şairi Rəsul Rzanın sözlərinə bəstələnmiş məşhur "Sənə də qalmaz" mahnısından gedir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.