Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda torpaq sahələri sürətlə bahalaşır. Oktyabr ayında paytaxt üzrə torpağın orta qiyməti 17,9 faiz artıb. Ən yüksək bahalaşma Səbail, Yasamal və Nəsimi rayonlarında qeydə alınıb.
Bakıda torpaq niyə bahalaşır?
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov şəhərin mərkəzi hissələrində və ona yaxın ərazilərdə torpaq sahələrinin qiymətində 2025-ci illə müqayisədə artım müşahidə olunduğunu bildirib.
"Qiymət artımının əsas səbəbi həmin ərazilərdə tikintiyə yararlı torpaqların məhdud olmasıdır. Belə sahələrə həm yeni yaşayış binalarının, həm ticarət obyektlərinin, həm də fərdi yaşayış evlərinin tikintisi üçün sahibkarlar tərəfindən tələbat yüksəkdir. Torpaq sahələrinin sayı azaldıqca qiymətlər də yüksəlir. Bakının mərkəzi hissələrində, eləcə də mikrorayonlarda tikintiyə yararlı torpaq sahələri kifayət qədər azdır. Bu ərazilərdə yeni binalar və ticarət obyektləri inşa etmək istəyən iş adamları həmin torpaqları almaqda maraqlıdırlar. Nəticədə tələb təklifi üstələyir və qiymətlər artır".
Ekspertin sözlərinə görə, şəhərdən kənar qəsəbə və kəndlərdə çıxarışı olmayan torpaq sahələrinin qiymətində ciddi artım müşahidə edilmir:
"Bunun əsas səbəblərindən biri 2023-cü il oktyabrın 1-dən sənədsiz fərdi yaşayış evlərinin su, qaz və elektrik təchizatına qoşulmasına məhdudiyyətlərin tətbiq edilməsidir. Eyni zamanda, özbaşına tikililərlə bağlı nəzarət tədbirləri də gücləndirilib. Belə evlərdə kommunal xidmətlərdən istifadə etmək və həmin ünvana qeydiyyata düşmək mümkünsüzdür. Sənədsiz torpaqlara marağın azalması çıxarışlı sahələrin əhəmiyyətini artırır. Nəticədə sənədsiz torpaqlar ucuzlaşdığı halda, tikintiyə yararlı və çıxarışı olan torpaq sahələrində qiymət artımı qeydə alınır".
A.Nəsirov qeyd edib ki, alıcıların çıxarışı olan torpaq sahələrinə üstünlük verməsi bu əmlakların qiymətinə də təsir göstərir:
"Xüsusilə paytaxtın mərkəzi və mərkəzə yaxın hissələrində tikintiyə yararlı torpaqların məhdud olması qiymət artımının əsas səbəblərindən biridir. Paytaxtda tikintiyə yararlı torpaq sahələrinin məhdudluğu gələcəkdə tikinti şirkətlərinin fəaliyyət istiqamətinə də təsir göstərəcək. Hesab edirəm ki, şirkətlər istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan yaşayış binalarının, həyət evlərinin və köhnə məhəllələrin sökülərək yerində yeni binaların inşa edilməsində daha maraqlı olacaqlar. Çünki şəhərin mərkəzi hissələrində və mikrorayonlarda yeni tikinti üçün boş torpaq sahələrinin sayı getdikcə azalır. Bu baxımdan köhnə tikililərin yerində yeni yaşayış komplekslərinin inşası daha aktual olacaq. Tələb təklifi üstələdiyi müddətdə torpaq qiymətlərinin hər il müəyyən faizlə artmasını müşahidə edəcəyik. Çünki Bakıda tikintiyə yararlı torpaq sahələrinin həcmi məhduddur və bu imkanlar ildən-ilə daha da azalır".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Lökbatanda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi





