Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1964-cü ildə ABŞ-də milyardlarla ədəd 1 sentlik sikkə dövriyyəyə buraxılıb. Onların böyük əksəriyyəti bu gün də adi kolleksiya nümunələri hesab olunur. Lakin bəzi sikkələr zərbxana xətalarına, digərləri isə xüsusi hazırlanma xüsusiyyətlərinə görə yüzlərlə, hətta minlərlə dollar dəyərində qiymətləndirilir.
Bunu Milli.Az-a açıqlamasında numizmat Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, 1964-cü ildə Filadelfiya zərbxanasında 2,6 milyard, Denver zərbxanasında isə 3,7 milyard ədəd Linkoln senti zərb edilib. Sikkənin tarixinin altında yerləşən D hərfi onun Denver zərbxanasında hazırlandığını göstərir.
Numizmat qeyd edib ki, tərkibində 95 faiz mis və 5 faiz sink olan, çəkisi 3,1 qram təşkil edən bu sikkələrin adi nümunələri nadir hesab edilmir. Lakin ideal vəziyyətdə qorunmuş və ya zərbxana xətası daşıyan nümunələr kolleksiyaçılar üçün xüsusi maraq kəsb edir.

Fərhad Məmmədov bildirib ki, belə xətalardan biri sikkənin arxa tərəfindəki yazıların ikiləşməsi ilə bağlıdır. Xüsusilə "UNITED STATES OF AMERICA" yazısında və "E PLURIBUS UNUM" şüarında hərflərin ikiləşməsi diqqət çəkir.
"Bu, qəlibin üzərindəki təsvirin iki dəfə vurulması, ikinci zərbənin isə bir qədər mərkəzdən kənara düşməsi nəticəsində yaranır. Nəticədə qəlibdən çıxan sikkələrdə hərflər və təsvirlər ikiləşmiş görünür. Bu xəta numizmatikada Doubled Die Reverse adlanır", - deyə o bildirib.

Fərhad Məmmədovun sözlərinə görə, belə xətaya malik, dövriyyəyə buraxılmamış və MS66 dərəcəsi ilə sertifikatlaşdırılmış 1964-cü il senti 2024-cü ildə GreatCollections hərracında 320 dollara (təxminən 544 manat) satılıb.
Numizmat vurğulayıb ki, 1964-cü ilin daha maraqlı və qiymətli nümunələri arasında SMS - Special Mint Set (xüsusi zərbxana dəsti) kateqoriyasına aid sentlər xüsusi yer tutur. Onun sözlərinə görə, bu sikkələr adi dövriyyə üçün hazırlanmayıb və gələcəkdə buraxılması nəzərdə tutulan xüsusi kolleksiya sikkələri ilə bağlı sınaq nümunələri hesab olunur.

"SMS sentlərini adi 1964-cü il sikkələrindən fərqləndirən əsas cəhətlərdən biri onların hazırlanma keyfiyyətidir. Abraham Linkolnun təsviri qeyri-adi dərəcədə aydın və detallıdır. Sikkənin kənarları daha hündür və kəskindir. Bundan başqa, qəlibin cilalanması nəticəsində yaranan xüsusi izlər də görünür", - deyə numizmat bildirib.
Fərhad Məmmədov əlavə edib ki, bu sikkələrin tarixçəsi uzun illər sirr olaraq qalıb. Məlumata görə, ABŞ Zərbxanasının keçmiş direktoru Eva Adams həmin nümunələri məşhur sikkə dileri Lester Merkinə təqdim edib və ondan onları digər şəxslərə də göstərməsini istəyib. SMS sentləri 1990-cı illərin əvvəllərində Stack's Bowers hərraclarında ictimaiyyətə təqdim olunub.
Numizmatın sözlərinə görə, bu gün SMS sentlərinin yüksək dərəcəli nümunələri kolleksiya bazarında minlərlə dollar dəyərində qiymətləndirilir.
Belə ki, 1964-cü il SMS senti MS65 dərəcəsi ilə sertifikatlaşdırılaraq 2025-ci il avqustun 28-də ABŞ-nin Heritage Auctions hərracında 9 600 dollara (təxminən 16 320 manat) satılıb.
Beləliklə, milyardlarla ədəd istehsal edilmiş adi bir sentin xüsusi hazırlanmış nümunəsi illər sonra kolleksiyaçılar üçün minlərlə dollarlıq qiymətli eksponata çevrilə bilər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Lökbatanda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik





