Ət, süd, meyvə-tərəvəz bahalaşacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəət vergisi üzrə mövcud 100 faizlik güzəşti 5 il müddətinə 90 faiz olacaq. Beləliklə, istehsalçıların gəlir və ya mənfəətinin yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb ediləcək.
Milli.Az xəbər verir ki, təklif olunan dəyişiklik kənd təsərrüfatı sektorunda uzun illər tətbiq edilən tam vergi azadolmasından mərhələli vergitutma modelinə keçidi nəzərdə tutur. Bununla belə, istehsalçılar üçün digər bir sıra vergi güzəştlərinin əlavə 5 il müddətinə saxlanılması planlaşdırılır.
Görəsən, bəzi güzəştlərin ləğv edilməsi hansısa məhsullarda bahalaşmaya səbəb ola bilər?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, təklif olunan dəyişikliklərin ərzaq qiymətlərinə təsiri vergi yükünün xarakteri, istehsalın rentabelliyi və bazarda tələb-təklif münasibətləri əsasında qiymətləndirilməlidir.
O bildirib ki, iqtisadi baxımdan əsas məsələ verginin hansı məbləğdə hesablanması ilə yanaşı, onun istehsalçının xərclərinə, investisiya qərarlarına və məhsul təklifinə necə təsir göstərməsidir:
"Kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisi üzrə tam azadolmasının müvafiq şərtlərlə 90 faizlik güzəştlə əvəz edilməsi nəzərdə tutulur. Hüquqi şəxslərin mənfəət vergisinin 20 faizlik dərəcəsi nəzərə alındıqda, mənfəətin 90 faizinin azad edilməsi vergidən əvvəlki mənfəətə münasibətdə iki faizlik faktiki yük yaradır. Bu, məhsulun maya dəyərinin və ya satış qiymətinin iki faiz artması anlamına gəlmir. Çünki mənfəətdən hesablanan vergi istehsal vahidinə tətbiq olunan vergi ilə eyni qiymət mexanizminə malik deyil. Meyvə, tərəvəz, taxıl və digər bitkiçilik məhsullarında bahalaşma ehtimalı yalnız əlavə vergi öhdəliklərinin istehsal və təklif qərarlarına təsiri kontekstində qiymətləndirilə bilər. Məhsuldarlıq, mövsümilik, saxlama imkanları və idxal rəqabəti burada daha mühüm qiymət amilləridir. Üstəlik, ƏDV, sadələşdirilmiş vergi və istehsalda istifadə olunan əmlak üzrə güzəştlərin davam etdirilməsi əlavə qiymət təzyiqini məhdudlaşdırır. Bu səbəbdən dəyişikliklərin konkret məhsullar üzrə qaçılmaz bahalaşma yaradacağını söyləmək üçün əsas yoxdur".
R.Muradov vurğulayıb ki, qiymətlərin azalması üçün daha konkret iqtisadi imkanlar heyvandarlıqda, xüsusilə mal və dana əti bazarında formalaşa bilər:
"Kökəltmə məqsədilə idxal olunan heyvanların ƏDV-dən azad edilməsi idxal əməliyyatlarının maliyyələşdirilməsi yükünü yüngülləşdirə, təsərrüfatların heyvan tədarükünü və istehsal güclərini artırmağa stimul verə bilər. Burada mühüm fərq ondan ibarətdir ki, ƏDV güzəştinin təsiri idxalçının vergi statusundan və həmin verginin əvəzləşdirilməsi imkanından asılıdır. Buna görə güzəştin bütün təsərrüfatlarda maya dəyərini eyni həcmdə azaltması gözlənilmir. Bununla belə, daxili bazarda ət təklifinin artması, digər şərtlər sabit qaldıqda, qiymətlərin aşağı düşməsinə və ya artım tempinin zəifləməsinə şərait yarada bilər. Qoyun və quzu əti üzrə analoji təsir güzəştin həmin heyvanları əhatə etməsindən asılıdır. Digər kənd təsərrüfatı məhsullarında mövcud ƏDV güzəştlərinin uzadılması isə birbaşa ucuzlaşmadan daha çox, qiymət sabitliyinin qorunmasına xidmət edir.
Nəticə etibarilə, təklif olunan islahat aqrar sektorda dövlət dəstəyinin davam etdirilməsi ilə vergi uçotunun şəffaflaşdırılmasını uzlaşdırır. Onun iqtisadi səmərəliliyi yalnız vergi daxilolmaları ilə deyil, istehsalın genişlənməsi, məhsuldarlığın yüksəlməsi və daxili bazarda təklifin dayanıqlılığı ilə qiymətləndirilməlidir. Əsas məqsəd ərzaq təhlükəsizliyini möhkəmləndirməklə yerli istehsalçıların rəqabət qabiliyyətini və əhalinin alıcılıq imkanlarını qoruyan iqtisadi mühitin inkişafıdır".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Ət, süd, meyvə-tərəvəz bahalaşacaq?
-
Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
-
Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)
-
Ayın 12-də 14 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
Bəzi işçilərin maaşı saatla hesablanacaq - Yeni qayda açıqlandı
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
XƏBƏR LENTİ
-
Xocavənddə traktor minaya düşdü - Yaralanan var
-
"Fənərbağça" Dirk Kuytı göndərdi
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
Ət, süd, meyvə-tərəvəz bahalaşacaq?
-
Sərxan Kərəmoğlu özünə qəbir qazdırıb, məqbərə tikdirdi - (Video)
-
BDU-da tələbələr dərsdə domino oynadılar - (Video)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
Vəfa Şərifova sevgilisi ilə görüntüsünü paylaşdı - (Video)
-
"Yuventus" millimizin futbolçusuna "elçi düşdü"
-
Aparıcı Çinarə qızı üçün aldığı evi nümayiş etdirdi – (Video)
-
20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür
-
Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
-
Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)
-
Ayın 12-də 14 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - (Foto)
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi
-
Azərbaycanlı aktyor Hollivud filminin ssenarisini dəyişdi - 25 yaşlı gəncin xarici mediaya müsahibəsi - (Foto)
-
Bəzi işçilərin maaşı saatla hesablanacaq - Yeni qayda açıqlandı
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)





