Dünya

Tayland turist vergisi tətbiq edəcək

11 Noyabr 2026 21:25
Baxış: 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tayland 2027-ci ilin ortalarından tez olmayaraq 450 bat (təxminən 23 manat" məbləğində turist vergisi tətbiq edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "The Thaiger" nəşri məlumat yayıb.

Qeyd olunur ki, ölkənin Turizm və İdman Nazirliyi əvvəlcə bu vergini 2027-ci ilin birinci rübündə tətbiq etməyi planlaşdırırdı. Noyabrın 12-də Milli Turizm Siyasəti Komitəsinin təklifi təsdiqləməsi, daha sonra isə onun hökumətə baxılmaq üçün təqdim edilməsi gözlənilir. Təklif təsdiqlənib "Kral Qəzeti"ndə ("Royal Gazette") dərc edildikdən sonra, verginin qüvvəyə minməsinə qədər 180 günlük keçid dövrü olacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.