QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan müsəlmanlarının iradəsini ifadə edərək bəyan edirik ki, İrəvandakı tarixi Göy məscidində müsəlman dini mərasiminə uyğun olmayan tədbirin keçirilməsini ciddi şəkildə qınayır və buna qətiyyətlə etiraz edirik.
Milli.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında bildirilib.
"Bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik, təhrifedici münasibətin göstəricisi olub, aşkar vandalizm təzahürü və təxribatdır.
Azərbaycan xalqının tarixi dini abidələrindən biri olan İrəvan Göy məscidi, ermənilərin uzun onilliklər ərzində işğal etdikləri tarixi torpaqlarımızda həyata keçirdikləri vandalizmdən, təəssüflər olsun ki, kənar qalmayıb. Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə həqarət edilən dini ibadətgahlarımızın, o cümlədən, Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvan Göy məscidinin zalına erməni şairin adının verilməsi, müsəlman ibadət məkanında gələcəkdə həmin erməniyə büstün quraşdırılmasının nəzərdə tutulması, ümumən, küfrdən başqa bir şey deyildir.
Mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər. Mədəni tədbir adına məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz.
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən qovulmasından sonra indiki Ermənistanda qalan tarixi Azərbaycan mədəni-mənəvi irsindən öz aləmlərində hayıf çıxmaq, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdirdiyi, Azərbaycan memarlığının nadir incilərindən biri olan məscidin tarixini saxtalaşdıraraq, İran məscidi kimi qələmə verərək orada qurama tədbirlər keçirmək cəhdləri iflasa məhkumdur.
Bu mədəni tədbir adı altında baş tutan qeyri-mədəni şounu qətiyyətlə pisləyir, belə halların qarşısının alınmasını Ermənistan hökumətindən tələb edirik. 44 günlük Vətən müharibəsi nəticəsində kapitulyasiya etmiş Ermənistanın sülh danışıqlarına sədaqət nümayiş etdirməsi fonunda belə bir halın baş verməsi sülh prosesini şübhə altına alır. Bu, yalnız revanşistlərin maraqlarına xidmət edir", - deyə bəyanatda qeyd edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
XƏBƏR LENTİ
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)





