Cəmiyyət

Bakıda iki marşrut xəttində avtobuslar yenilənir

12 Noyabr 2026 16:56
Baxış: 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə bağlayan 173A və 173B nömrəli müntəzəm marşrut xətlərində avtobuslar yenilənir.

Milli.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Noyabrın 13-dən etibarən həmin marşrut xətləri üzrə ekoloji cəhətdən təmiz, CNG texnologiyası əsasında işləyən avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayacaq.

Hər bir marşrut xətti üzrə 6 ədəd avtobus fəaliyyət göstərəcək.

Avtobusların daxilində ödəniş yalnız nağdsız formada həyata keçirilir. Gediş haqqı 0,65 manat olaraq təyin edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.