Cəmiyyət

Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - (Video)

12 Noyabr 2026 15:12
Baxış: 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

COP31 sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlə söhbət edib.

Bu barədə Türkiyənin "Haberler" nəşri məlumat yayıb.

Qeyd edilib ki, jurnalist Paşinyana Türkiyənin məşhur müğənnisi Tarkana məxsus mahnını dinlədib. Ermənistanın Baş naziri sənətçini tanıdığını bildirib. Daha sonra jurnalist və Paşinyan birlikdə əlləri ilə ürək işarəsi göstəriblər.

Söhbət zamanı jurnalist Türkiyə və Ermənistan arasında münasibətlərin inkişafı istiqamətində atılan addımlardan məmnunluğunu ifadə edib və gələcəkdə Azərbaycan, Ermənistan və Türkiyənin regionun inkişafı naminə birgə layihələr həyata keçirə biləcəyinə ümidvar olduğunu bildirib.

"İndi qardaş olduq. Türkiyə və Ermənistan münasibətlərimizi inkişaf etdirmək üçün gözəl işlər görürük və buna görə xoşbəxtik. Ümid edirəm ki, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyə regionumuz üçün birgə işlər görə biləcək. Düşünürəm ki, bu, xalqlarımız üçün əla olardı. Bu barədə nə düşünürsünüz?" - deyə jurnalist Paşinyana müraciət edib.

Ermənistanın Baş naziri isə cavabında əməkdaşlıq, sülh və rifah naminə çalışmağın vacibliyini qeyd edib.

"Bəli, əməkdaşlıq, sülh və rifah naminə çalışmalıyıq. Düşünürəm ki, biz düzgün yoldayıq", - deyə N.Paşinyan bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.