Şou-biznes

Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)

12 Noyabr 2026 11:30
Baxış: 78
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli müğənni Berdan Mardininin Dilara Talayla evliliyi sona çatıb. Cütlük məhkəmənin bir iclasında boşanaraq yollarını ayırıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Silivri Ədliyyəsində keçirilən məhkəmə prosesi nəticəsində tərəflərin nikahına xitam verilib. Ayrılıq xəbəri yayılsa da, nə Berdan Mardini, nə də Dilara Talay məsələ ilə bağlı ictimaiyyətə açıqlama verib. Boşanmanın hansı səbəbdən baş verdiyi və iddianı kimin qaldırdığı barədə də məlumat açıqlanmayıb.

Qeyd edək ki, müğənni 2023-cü ildə Dilara Talayla münasibətə başlayıb. Cütlük 10 aprel 2025-ci ildə İstanbulun Başakşehir rayonunda sadə nikah mərasimi ilə ailə qurub. Onların arasında 15 yaş fərq olması həmin vaxt geniş müzakirə olunmuşdu. Mardini tənqidlərə cavab olaraq yaş fərqini özü tarazlaşdırdığını bildirmişdi.

Berdan Mardini daha əvvəl Fatoş Yellilerlə ailəli olub. 2010-cu ildə qurulan bu nikah 2021-ci ildə boşanma ilə nəticələnib. Müğənninin həmin evlilikdən iki övladı var.

Xatırladaq ki, Berdan Mardini və 2025-ci ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talay 2026-cı ilin iyununda əkiz övladlarının dünyaya gələcəyini açıqlamışdılar, lakin boşandılar.

Qeyd edək ki, sənətçi son illərdə Mardindəki kəndində qurduğu qızılgül fabriki ilə də diqqət çəkir. Təxminən 10 ildir üzərində çalışdığı layihə çərçivəsində qızılgül ətiri, yağı, limonadı və makaron istehsal etdiyi bildirilir.

Mardini bu işə böyük sərmayə yatırdığını, evlərini və avtomobillərini belə layihəyə yönəltdiyini söyləyib. O, fabrikdə 450-500 qadının işlə təmin olunmasını hədəflədiyini də açıqlamışdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.