Şou-biznes

Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)

12 Noyabr 2026 10:37
Baxış: 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkədə gənclik və yaşlanmaq barədə fikirlərini bölüşərək maraqlı açıqlama verib.

Milli.Az-ın məlumatına görə, aparıcı bildirib ki, insan həyatında gənclik hər şeydən, hətta var-dövlətdən də qiymətlidir. O, insanlara bu illərin qədrini bilməyi tövsiyə edib və zamanın sürətlə keçdiyini xatırladıb.

Zaur daha sonra öz görünüşü ilə bağlı izləyicilərinə etiraf edib. O, saç rənginin uzun müddətdir dəyişmədiyini deyərək əslində onları aldatdığını zarafatla bildirib.

"Dünyada ən gözəl şey cavanlıqdır. Var-dövlətdən, hər şeydən qiymətlidir. Gəncliyinizin qədrini bilin, illər göz qırpımında keçir. Sağlam cavanlıq və sağlam qocalıq, təbii ki. Mən əslində sizi aldatmışam. 6-7 ildir saçımın rəngi belədir. Daha qocalacağam da. 46 yaşım var. Üzümü dartdırmalıyam?" - deyə aparıcı bildirib.

Onun səmimi və yumoristik etirafı izləyicilərin diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.