Maraqlı

Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir

12 Noyabr 2026 02:02
Baxış: 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İllərdir fit səhər yeməklərinin əvəzolunmazı hesab edilən yulaf sıyıqları və paketləşdirilmiş qranolalar taxtını itirib.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə kətan toxumu səhər yeməklərinə əlavə edildikdə bədəndə təmizləyici təsir göstərir. Yağ yanmasını sürətləndirən və qəbizliyi aradan qaldıran bu toxumun təsiri diqqət çəkir.

Fit qalmaq, şişkinlikdən qurtulmaq və günə enerjili başlamaq istəyənlərin ilk seçimi uzun müddətdir yulaf kasaları və ya market rəflərini bəzəyən qranolalar idi. Lakin işlənmiş qranolaların gizli şəkər yükü və yulafın bəzi həssas orqanizmlərdə yaratdığı qaz və şişkinlik problemi sağlam qidalanma dünyasında yeni axtarışları zəruri etdi. Son araşdırmalar kətan toxumunun bütün bu məşhur səhər yeməklərini geridə qoyduğunu sübut etdi.

Kətan toxumu maye ilə təmasda olduğu anda tərkibindəki həll olunan liflər sayəsində zəngin gel təbəqəsi əmələ gətirir. Səhərlər qatıq və ya ilıq suya əlavə edilən bir qaşıq üyüdülmüş kətan toxumu həzm kanalını qoruyaraq tənbəl bağırsaqları hərəkətə gətirir. Mədəni uzun müddət tox tutan bu təbii qalxan gün ərzində qəfil yaranan şirniyyat istəyini dayandırır.

Yulafdan daha güclü antioksidant və bitki mənşəli Omeqa-3 mənbəyi olan bu kiçik toxumlar bədəndəki hüceyrəvi iltihabı azaldaraq metabolizmanın işləmə sürətini artırır. Müntəzəm istehlak edildikdə ödem yığılmasının qarşısını alır və qarın bölgəsindəki inadkar yağların əridir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.