Şou-biznes

“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu

12 Noyabr 2026 05:05
Baxış: 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məşhur türk komediya ustası Yasemin Sakallıoğlu evlilik münasibətlərinə kənardan müdaxilə edən şəxslərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Milli.Az xəbər verir ki, həyat yoldaşının bir dostu ilə arasında yaşanan söhbətdən danışan Sakallıoğlu həmin şəxsin ərini başqa qadınlarla münasibət yaşamağa təşviq etməyə çalışdığını bildirib.

"Ərimin bir dostu ona belə dedi: 'Qardaş, heç istəyin gəlmir?' Yəni demək istəyir ki, Yaseminə xəyanət elə" deyə Sakallıoğlu bildirib.

Açıqlamasının davamında evli cütlüklərin münasibətlərinə müdaxilə edilməməli olduğunu bildirən Sakallıoğlu "Bu, böyük əxlaqsızlıqdır. Öz həyatınızda nə edirsinizsə, edin, amma evli insanların ailə həyatını pozmağa çalışmayın" deyib. (olay)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.