Hadisə

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)

12 Noyabr 2026 00:05
Baxış: 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənlik Şükürov olub. O, avtomobilin altında qalaraq ağır xəsarətlər alıb və komaya düşüb.

Bildirilir ki, Şənlik Şükürov hadisə zamanı atasını ziyarət etmək üçün yaxınlıqdakı xəstəxanaya gedibmiş. Qardaşı ilə birlikdə xəstəxanadan çıxarkən iş adamı bədbəxt hadisə ilə üzləşib. Yol ayrıcında BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılaraq iş adamının üzərinə aşıb. Hadisə zamanı klinikanın şüşələri də sınıb.

Altı gün komada qalan iş adamı ötən gün ayılıb.

Qeyd edək ki, Şənlik Şükürov Sumqayıtda 10-dan çox restoranın sahibidir.

Ş.Şükürov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi tanınır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.