İqtisadiyyat

Dünya bazarında neftin qiyməti ucuzlaşdı

12 Noyabr 2026 09:36
Baxış: 85
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya əmtəə bazarında neft qiymətlərində eniş qeydə alınıb.

Milli.Az xəbər verir ki, noyabrın 11-də ICE London birjasında "Brent" markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 1,52 ABŞ dolları və ya 1,64% azalaraq bir barel üçün 91,24 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 1,29 ABŞ dolları və ya 1,49% geriləyərək bir barel üçün 85,24 ABŞ dollarına enib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.