Hadisə

Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - (Video)

12 Noyabr 2026 14:55
Baxış: 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə sürücünün avtomobillə piyadanı qəsdən vurmasını əks etdirən videogörüntülərlə bağlı polis tərəfindən araşdırma aparılıb.

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, araşdırma zamanı hadisənin Sabunçu rayonu ərazisində baş verdiyi, görüntülərdəki sürücünün isə 23 yaşlı S.Göyüşov olduğu müəyyən edilib. Həmçinin avtomobillə vurulan şəxsin sürücünün doğma qardaşı olduğu və hadisənin zarafat məqsədilə törədildiyi məlum olub.

Sabunçu rayonunda polis tərəfindən saxlanılan S.Göyüşov barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.