Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Oqtay Şıxəliyevin (1931- 2012) - 95 illiyinə həsr olunmuş "Oqtay Şıxəliyevin mozaik dünyası. Mozaika. Rəngkarlıq. Keramika" adlı sərginin açılışı keçirilib. Ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və şəxsi kolleksiyalardan seçilmiş, sənətkarın yaradıcılığının müxtəlif dövrlərini əhatə edən 50-dən çox əsər nümayiş etdirilir.
Sərginin açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, Səlhab Məmmədov, "Bakı İncəsənət Mərkəzi" Yaradıcılıq Birliyinin baş direktoru, sənətşünas Rafael Gülməmmədli, rəssamın nəvələri- Şahverdova Naidə, Şahverdova Cəmilə çıxış ediblər.Çıxışlarda Oqtay Şıxəliyevin monumental-dekorativ sənətin inkişafına verdiyi töhfələr, mozaika, rəngkarlıq və keramika sahələrindəki çoxşaxəli yaradıcılığı diqqətə çatdırılıb. Rəssamın milli sənət ənənələrini müasir bədii axtarışlarla birləşdirən özünəməxsus sənət dili, zəngin rəng duyumu və kompozisiya həlləri vurğulanaraq, onun əsərlərinin Azərbaycan təsviri sənətində tutduğu xüsusi mövqedən bəhs edilib. Daha sonar qonaqlar sərgi ilə tanış olublar.
Azərbaycan monumental-dekorativ sənətinin inkişafında mühüm rol oynamış Oqtay Şıxəliyev özünəməxsus bədii təfəkkürü, zəngin koloriti, forma və kompozisiya axtarışları, eləcə də milli sənət ənənələrinə yaradıcı münasibəti ilə seçilir. Onun yaradıcılığında monumental-dekorativ sənət, dəzgah rəngkarlığı və keramika bir-birini tamamlayaraq vahid bədii dünya yaradır.
Rəssamın monumental əsərləri miqyaslı kompozisiya həlli, dekorativ ifadəlilik və rənglərin ahəngdar münasibəti ilə diqqəti cəlb edir. Bakı Sirkinin bədii tərtibatı, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin mozaik pannosu və digər monumental kompozisiyaları onun bu sahədəki sənətkarlığının parlaq nümunələrindəndir.
Sərgidə "Gənc kimyaçı" (1965), "Qobustan" (1971), "Rasim" (1975), "Rəssamın qızı Nigarın portreti" (1975), "Meksika silsiləsi" (1985), "Abşeron" (1987), "Natürmort. Güllər", "Mənzərə" (2006) və digər əsərlər təqdim olunacaq. Bu nümunələr sənətkarın portret, mənzərə və natürmort janrlarında yaradıcılıq axtarışlarını, rəng və kompozisiyaya fərdi yanaşmasını əks etdirir.
Oqtay Şıxəliyevin bədii irsində keramika da xüsusi yer tutur. Onun yaratdığı vazalar və dekorativ lövhələrdə milli ornament ənənələri müasir bədii təfəkkürlə qovuşur, rəng və formanın ahəngdar vəhdəti öz ifadəsini tapır.
1980-ci illərdə Meksikaya etdiyi yaradıcılıq səfəri rəssamın bədii dünyagörüşünü zənginləşdirmiş, əsərlərində yeni mövzuların, rəng münasibətlərinin və ifadə vasitələrinin meydana çıxmasına təkan vermişdir.
Xalq sənətinin zəngin rəng və ornament ənənələrindən bəhrələnən Oqtay Şıxəliyev onları müasir bədii axtarışlarla birləşdirərək özünəməxsus sənət dili formalaşdırmışdır.
Sərgi sənətkarın çoxşaxəli yaradıcılığına bütöv nəzər salmaq, onun müxtəlif sənət sahələrindəki axtarışlarını izləmək və Azərbaycan təsviri sənətinin inkişafına verdiyi töhfələri yenidən dəyərləndirmək imkanı yaradacaq.
Sərgi, 30 noyabr 2026-cı il tarixinədək davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Video/Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)
-
Hakimi təhqir etdilər, 4 oyunluq cəza aldılar - AFFA-dan qərar
-
Aslan Fətullayev dəfn edildi - (Yenilənib)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - (Foto)





