General qızı ilə bağlı qərar verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
General-mayor Natiq Əliyevin dünən gecədən saxlanılan qızı Türkər Əliyeva məhkəməyə çıxarılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onunla bağlı təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Prokuror təqsirləndirilən şəxsin ağır cinayətdə təqsirləndirildiyini, ən əsası şahidlərə təsir imkanının olduğunu əsas gətirərək həbs edilməsini tələb edib.
Türkər və vəkili isə əksinə təqdimatın əsaslı olmadığını deyib, təmin edilməməsini xahiş ediblər. Vəkil müvəkkilinin 4 uşağı olduğunu da məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə tərəfləri dinlədikdən sonra təqsirləndirilən şəxsin həbsinə əsas görməyib. Qərara əsasən həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq Türkel barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə salonundan sərbəst buraxılıb.
Hakim təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarını təkbaşına böyütməsini, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasını nəzərə alıb.
Bundan əlavə Türker Əliyevanın daimi yaşayış yerinin olması, himayəsində olan 4 uşağı ilə qeyd olunan ünvanda yaşaması, istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim olunmaması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması həbsdən imtina üçün əsas sayılıb..jpg)
Fotoda zərərçəkmiş Ceyhun Rzayev
Qeyd edək ki, Türkər keçmiş MTN generalı, hazırda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevin şikayəti əsasında tutulub. İttihama görə, Türkər torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə Rzayevdən külli miqdarda pul alıb.
Sumqayıt şəhər prokurorluğu tərəfindən general qızına Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 32.4, 313-cü (cinayətə təhrik etməklə vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
General qızı ilə bağlı qərar verildi
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
XƏBƏR LENTİ
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Video/Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)





