İdman

Azərbaycan millisi Andorra ilə qarşılaşacaq

16 Noyabr 2026 11:26
Baxış: 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın futbol üzrə milli komandası bu gün beynəlxalq yoldaşlıq görüşündə meydana çıxacaq.

Milli.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Andorra komandası ilə səfərdə qarşılaşacaq.

Enkamp şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşün baş hakimi ispaniyalı FIFA referisi Xose Luis Munuera olacaq.

Qeyd edək ki, bu, milli komandanın 2026-cı ildə son oyunu olacaq. Yığmanın kapitanı Emin Mahmudov bu görüşdən sonra Azərbaycan millisindəki karyerasını başa vuracaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.