İdman

Ardanın yeni maaşı məlum oldu

15 Noyabr 2026 12:20
Baxış: 89
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid" Arda Gülərin müqaviləsini uzatmaq üçün addımlar atıb. Bildirilir ki, İspaniya nəhəngi milli ulduza illik 8 milyon avro maaşla beş illik yeni müqavilə təklif edib. Tərəflər arasında prinsipial razılaşma əldə edilib və Ardanın tezliklə müqaviləni imzalaması gözlənilir.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, baş məşqçi Joze Mourinyonun hesabatından sonra "Real" heyətindəki əsas oyunçuların müqavilələrini yeniləməyə başlayıb. "Real"ın prinsipial razılığa gəldiyi Arda Gülərin yeni maaşı açıqlanıb.

Məlum olub ki, "Real"ın baş məşqçisi Joze Mourinyo komandadakı dörd oyunçunu "toxunulmaz" adlandırıb və rəhbərlikdən onların müqavilələrini uzatmağı istəyib. Cud Bellingem, Federiko Valverde və Aurelien Çuameni ilə yanaşı, 21 yaşlı Arda Gülər də portuqaliyalı məşqçinin siyahısındadır.

İspaniya mətbuatında yer alan xəbərlərə görə; "Real" rəhbərliyi son həftələrdə prinsipial razılığa gəldiyi Arda Gülərə 5 illik yeni müqavilə təklif edib. Hazırkı müqaviləsindəki bonuslar xaric ildə 6 milyon 250 min avro qazanan milli futbolçunun maaşında əhəmiyyətli artım olacaq. Yeni təklifə görə, Arda Gülərin illik maaşı 8 milyon avroya qədər artacaq.

Rəsmi müqaviləni tezliklə imzalayacağı gözlənilən Arda Gülər yeni müqavilə ilə həftədə 153.846 avro, gündə isə 21.917 avro qazanacaq.

Bu mövsüm "Real"da 14 rəsmi oyunda iştirak edən Arda Gülər 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.