İdman

Ronaldo serial çəkir - (Foto)

14 Noyabr 2026 17:21
Baxış: 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyaca məşhur portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo meydandan kənardakı investisiyalarını genişləndirməyə davam edir.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, Portuqaliya millisində yaşanan mübahisələr və Ronaldonun komandadan ayrılacağını açıqlamasından sonra ulduz futbolçu üçün yeni layihələrin dövrü başlayıb.

Televiziya dünyasına ilk addımını atan Ronaldo sosial şəbəkə hesabında "Day 1s" adlı ilk teleserialının istehsalına rəsmi olaraq başlandığını elan edib.

Ronaldo birlikdə "UR Marv Studios" şirkətini təsis etdiyi ingilis rejissor və prodüser Metyu Von ilə futbol dramı janrında teleserial hazırlamaq üçün əməkdaşlığa başlayıb.

Ronaldonun serialın bəzi bölümlərində qısa müddətə ekrana çıxacağı və öz obrazını canlandıracağı gözlənilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.