İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranda artan borclar və yüksələn yaşayış xərcləri ilə mübarizə aparan fəhlələr borclarını qaytarmaq və evlərini qoruyub saxlamaq üçün böyrəklərini, qaraciyər toxumalarını və sümük iliklərini satışa çıxarırlar.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tehranın mərkəzindəki bəzi küçələrin divarları, metal qapıları və binaları orqan satışı ilə bağlı elanlarla bürünüb.
Bələdiyyəyə məxsus tibb müəssisəsinə və böyrək xəstələrinə dəstək verən xeyriyyə təşkilatına yaxınlığı səbəbindən "Böyrək küçəsi" kimi tanınan Fərhəng Hüseyni küçəsi alıcı axtaran insanların toplaşdığı məkana çevrilib.
"Sadra" xəstəxanasının əməkdaşının bildirdiyinə görə, böyrəklərini satışa çıxaranların əksəriyyəti ciddi maliyyə çətinlikləri ilə üzləşən fəhlələrdir. Burada qiymətlər adətən 30-40 milyard rial (11500-15300 ABŞ dolları) arasında dəyişir. Eyni zamanda, 0 (I) müsbət qan qrupuna malik şəxslərin böyrəkləri 8 milyard riala (3100 dollar) təklif oluna bilər, daha nadir qan qrupları üçün isə qiymətlər 50 milyard riala (19200 dollar) qədər çıxa bilər.
Tehranda yaşayan 30 yaşlı kuryer 15 milyard rial təklifindən imtina edərək ən azı 35 milyard rial tələb etdiyini bildirib. Başqa bir şəxs isə ödənilməmiş çeki bağlamaq üçün orqanını adi qiymətdən 20-30 faiz aşağı satmağa hazır olduğunu qeyd edib. Bəzi işçilər isə borclarını ödəmək üçün sümük iliyi, böyrək və qaraciyər toxuması kimi eyni vaxtda bir neçə orqanını satışa çıxarırlar.
Parlamentin sosial məsələlər komitəsinin sədri Əli Babayi Karnami bildirib ki, hökumətin güzəştli valyuta subsidiyalarını düzgün idarə edə bilməməsi nəticəsində təxminən səkkiz milyon insan yoxsulluq və qida çatışmazlığı ilə üzləşib, daha 50 milyona yaxın insan isə ərzaq almaqda çətinlik çəkir.
ILNA-nın məlumatına görə, minimum əməkhaqqı alan işçilər ayda 200-300 milyon rial (77-115 dollar) qazanır, müstəqil fəallar isə bir ailənin əsas xərcləri üçün təxminən bir milyard riala (383 dollar) ehtiyacı olduğunu hesablayırlar. Müvəqqəti və ya mövsümi müqavilələrlə çalışan işçilər daha çox çətinliklərlə qarşılaşırlar.
Maliyyə çətinlikləri tibbi xidmətlərə çıxışa da mənfi təsir göstərib. "Homa" təqaüdçülər assosiasiyasının sədri Cəlal Haşimi bildirib ki, iki təqaüdçü müalicə xərclərini qarşılaya bilmədikləri üçün müalicədən imtina edərək vəfat ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
İran bunu etsə, “kiberqiyamət” olacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
XƏBƏR LENTİ
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Bazar günü yağış və qar yağacaq
-
Məşhur türk müğənni tanınmaz halda - (Foto)
-
5 BÜRCÜN şans üzünə güləcək
-
Futbolçunun ölümünə səbəb olan qapıçıya ağır cəza
-
BMW 720 mindən çox avtomobili geri çağırır
-
İstilik mövsümü başlayır
-
“Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Samir Əhmədov qəfil vəfat etdi
-
Ronaldinyo 2015-ci ildən bəri ilk rəsmi oyununu keçirəcək
-
Azərbaycanlı məşhurların arxiv fotoları gündəm oldu – Bəzilərini tanımaq olmur - (Fotolar)
-
İrəvanın gözləntisi boşa çıxdı: Türkiyə icazə vermədi
-
Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərdi - (Video)
-
FHN-dən əhaliyə xəbərdarlıq
-
Neftimiz bahalaşdı
-
Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)
-
Gənc əsgərlərlə görüşlər müvəqqəti dayandırıldı - Rəsmi
-
Asya Əlizadə barəsində 5 il həbs tələb olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Pensiyalar belə artırılacaq: Deputat açıqladı
-
Murat Bozdan müflis olması xəbərinə reaksiya





