İran

İran bunu etsə, “kiberqiyamət” olacaq

30 Oktyabr 2026 10:49
Baxış: 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ ilə İran arasında hərbi münaqişə riski pik həddə çatdığı bir vaxtda, İrana yaxın mənbələr tərəfindən paylaşılan səs-küylü video qlobal rabitə şəbəkəsinə təhdidləri yenidən gündəmə gətirib. Süni intellektlə hazırlanmış kadrlar Hürmüz boğazının dibindən keçən strateji fiberoptik kabellərə qarşı ehtimal edilən təxribat ssenarisini nümayiş etdirir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan videoda Hürmüz boğazından keçən sualtı internet kabellərinin dəniz dibinə yerləşdirilmiş bombalarla partladıldığı görünür.

Ssenariyə əsasən, bu zərbədən sonra xüsusən Fars körfəzi ölkələrində internetə çıxış tamamilə kəsilir, maliyyə və bank kartı əməliyyatları iflic olur, texnologiya şirkətlərinin robotlaşdırılmış sistemləri fəaliyyətini dayandırır.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl mümkün hərbi hücuma cavab olaraq Hürmüz boğazındakı sualtı fiberoptik xətləri sıradan çıxaracağı, həmçinin bərpa işlərinə mane olmaq üçün əraziyə göndərilən təmir gəmilərini vuracağı ilə hədələmişdi.

Hürmüz boğazı və Fars körfəzi təkcə neft daşımalarının əsas arteriyası deyil, həm də Asiya, Avropa və Yaxın Şərqi birləşdirən qlobal internet trafikinin əsas onurğası hesab olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.