İdman

Ronaldo het-trik edərək 1000 qola yaxınlaşdı

30 Oktyabr 2026 08:57
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda "Əl-Nəsr" doğma meydanda "Əl-Xolud"u 5:3 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Kriştiano Ronaldo het-trik edib. O, 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Qabriel Anqelo və Sadio Mane vurublar.

Bu, Ronaldonun karyerasında 67-ci het-trikidir. Portuqaliyalı hücumçu bununla karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.

Qələbədən sonra "Əl-Nəsr" 28 xalla turnir cədvəlində lider "Əl-Qadisiya"ya çatıb. Komanda növbəti oyununu noyabrın 6-da səfərdə "Əl-Həzm"ə qarşı keçirəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.