Dünya

İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur

29 Oktyabr 2026 15:33
Baxış: 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən gün İspaniyada baş vermiş ağır dəmir yolu qəzası paytaxt Madriddə iğtişaşlara yol açıb. Yüzlərlə etirazçı Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşaraq nazir Oskar Puentenin və Baş nazir Pedro Sançezin istefasını tələb ediblər.

Milli.Az xəbər verir ki, etirazçılar çox sayda insan itkisinə səbəb olmuş hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edən şüarlar səsləndiriblər.

Etirazlara səbəb Toledo əyalətində baş vermiş dəmir yolu qəzası olub. Yayılan məlumatlara görə, hadisə nəticəsində azı 68 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.