İdman

Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu

29 Oktyabr 2026 14:29
Baxış: 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli iş adamı Nevzat Aydın oğlunun futbol matçından əvvəl meydançaya çıxması üçün külli miqdarda pul ödədiyi barədə xəbərlərin yayılmasından sonra təhdidlərlə üzləşdiyini açıqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahibkar məsələ ilə bağlı polisə şikayət edib.

"Demirören" agentliyinin məlumatına görə, Aydın özünü "Çirkinler" adlı cinayətkar qruplaşmanın üzvü kimi təqdim edən şəxsin ona zəng edərək bir milyon avro tələb etdiyini bildirib. İş adamının iddiasına əsasən, tələb olunan məbləği ödəməyəcəyi təqdirdə oğlunun həyatı ilə bağlı hədələr səsləndirilib.

Nevzat Aydın oktyabrın 28-i axşam saatlarında ona mesajlaşma tətbiqi vasitəsilə Yunanıstana məxsus +30 kodlu nömrədən zəng gəldiyini qeyd edib.

İş adamı təhdidlərin oktyabrın 22-də keçirilən "Trabzonspor" - "Beşiktaş" qarşılaşması ilə əlaqəli olduğunu bildirib. Həmin oyunun açılış mərasimində onun oğlu meydan sahiblərinin tanınmış futbolçusu Məhəmməd Salah ilə birlikdə meydana çıxıb.

Aydının sözlərinə görə, oğlunun mərasimdə iştirakı üçün 100 milyon lirə (təxminən 3 milyon 410 min manat) ödədiyi barədə xəbərlər yayımlandıqdan sonra təhdidlər başlayıb. Sahibkar bu məlumatları yayan şəxslərlə bağlı da hüquqi addımlar atmaq imkanını nəzərdən keçirdiyini bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.