Türkiyə

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

29 Oktyabr 2026 13:03
Baxış: 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaradılması ilə bağlı təklif edib.

Milli.Az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Məlumata görə, baza Türkiyənin Qətərdəki hərbi bazası modelində yaradıla bilər. Lakin bunun üçün Türkiyə parlamentinin müvafiq qərarları təsdiqləməsi və zəruri hüquqi prosedurların tamamlanması tələb olunur.

Qeyd edək ki, Türkiyə hazırda Qətər, İraq, Suriya, Somali, Liviya və digər ölkələrdə hərbi mövcudluğa malikdir. Yeni baza Türkiyənin Yaxın Şərqdə təhlükəsizlik sahəsində mövqelərini gücləndirmək strategiyasının bir hissəsi ola bilər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.