“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək" layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbələrlə görüş təşkil edib.
Tədbiri universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva açaraq görüşün əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, Trend BİA-nın direktor müavini Sahil Kərimli çıxışında bildirib ki, görüşün əsas məqsədi zərərli xarici təsirlərə qarşı mübarizədə ayıqlıq və sayıqlığın artırılmasıdır. Onun sözlərinə görə, Azərbaycan da müxtəlif ideoloji təsirlərə, qərəzli mövqelərə və saxta xəbərlərə məruz qalır.
S.Kərimli qeyd edib ki, bu cür kampaniyaların əsas məqsədlərindən biri cəmiyyətdə milli həmrəyliyi pozmaq, ölkədə yaranmış birliyi zəiflətmək və bununla müəyyən siyasi məqsədlərə nail olmaqdır. O vurğulayıb ki, cəmiyyətin bütün təbəqələri, xüsusilə gənclər bu proseslər barədə məlumatlı olmalı, yayılan informasiyaları tənqidi qiymətləndirməyi bacarmalıdırlar.
"Azərbaycan cəmiyyətində olan birlik, həmrəylik və xarici ideoloji təsirlərə qarşı formalaşmış immunitet həmin dairələrin öz məqsədlərinə çatmasına mane olur", - deyə S.Kərimli bildirib.
O, Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti və ölkənin ərazi bütövlüyünün pozulması dövründə də zərərli xarici təsirlərlə üzləşdiyini xatırladıb. S.Kərimlinin sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə çalışarkən bəzi xarici dairələrin qərəzli və düşmənçilik mövqeyi müşahidə olunub.
O qeyd edib ki, həmin dövrdə Azərbaycan xalqının birliyi və milli həmrəyliyi bu cür cəhdlərin qarşısının alınmasında mühüm rol oynayıb. Dövlətin qətiyyətli siyasətinin də bu istiqamətdə təsirli olduğunu bildirən S.Kərimli Azərbaycanın belə təzyiqlər qarşısında geri çəkilmədiyini, əksinə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hücum diplomatiyası həyata keçirdiyini vurğulayıb.
S.Kərimli əlavə edib ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil və qətiyyətli siyasət yürütdüyü üçün ölkəyə qarşı zərərli təsirlərin davam edəcəyi gözlənilir. Onun fikrincə, bu cəhdlər cəmiyyətin bütün təbəqələrini hədəf alsa da, gənclərə xüsusi diqqət yönəldilir. Bu təsirlərin ailə institutunu zəiflətməyə, milli-mənəvi dəyərləri aşındırmağa və deqradasiyaya uğratmağa yönəldiyi bildirilib.
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, əməkdar jurnalist Elçin Alıoğlu isə çıxışında süni intellekt texnologiyalarının saxta xəbərlərin hazırlanması və yayılmasında istifadəsinə diqqət çəkib.
O bildirib ki, süni intellekt vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar hazırlanaraq müxtəlif platformalarda yayılır və Azərbaycana qarşı istifadə olunur. E.Alioğlunun sözlərinə görə, xarici dairələr tərəfindən maliyyələşdirilən və idarə olunan onlayn media resursları, eləcə də "Facebook", "YouTube", "TikTok", "Instagram" və digər sosial şəbəkələr bu cür informasiyaların yayılması üçün istifadə edilə bilir.
E.Alioğlu son dövrlərdə orta məktəblərdə vahid geyim formasının təsdiqlənməsindən sonra baş örtüyü məsələsi ətrafında Azərbaycana qarşı qarayaxma kampaniyalarının aparıldığını və mövzunun siyasiləşdirilməsinə cəhd göstərildiyini bildirib.
O, Azərbaycana qarşı zərərli təsirlərin yalnız ölkəni istəməyən Qərb dairələri və müxtəlif beynəlxalq mərkəzlərlə məhdudlaşmadığını, regiondakı bəzi qonşu ölkələrdən də belə təsirlərin müşahidə edildiyini qeyd edib. E.Alioğlu İranın müstəqilliyin ilk illərindən Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgilədiyini iddia edib.
Onun sözlərinə görə, Azərbaycanın xoş niyyəti və qonşuluq münasibətlərini qorumaq cəhdləri müəyyən dövrlərdə gərginliyin azalmasına kömək etsə də, İranın ayrı-ayrı dairələri Azərbaycana qarşı kampaniyalar aparmaqda, ölkənin daxili işlərinə müdaxilə etməyə və ölkədə gedən proseslərə təsir göstərməyə çalışmaqda davam ediblər.
E.Alioğlu bununla belə, Azərbaycan cəmiyyətində həmrəyliyin mövcud olduğunu və bu cür cəhdlərə qarşı insanların birləşdiyini vurğulayıb. O bildirib ki, müxtəlif dairələrin, beyin mərkəzlərinin və qrupların bu istiqamətdəki cəhdlərinin qarşısı indiyədək alınıb və gələcəkdə də alınacaq.
Tədbirdə zərərli xarici təsirlərin və saxta xəbərlərin mahiyyəti, onların yayılma üsulları, eləcə də gənclərin informasiya mühitində daha diqqətli və məsuliyyətli davranmasının əhəmiyyəti ön plana çıxarılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
-
Noyabrın 1-dən bu avtobuslar dəyişir - Gedişhaqqı...
-
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
-
Sabah yeni ombudsman seçiləcək
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
XƏBƏR LENTİ
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
Sergen Yalçınla türk futbolçular arasında gərginlik - O sözlərinə görə...
-
Ermənistan parlamentində deputatlar arasında yenə dava düşdü - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
-
Azərbaycanda terror işi üzrə hökm: 8 nəfərə 13 ilədək həbs verildi
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb
-
Noyabrın 1-dən bu avtobuslar dəyişir - Gedişhaqqı...
-
Niderlandda ümumölkə karantini tətbiq olundu
-
Masallıda ağır qəza: Ölən var
-
“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi (Foto)
-
Anası yenidən ailə qurdu, 14 yaşlı qızın həyatı dəyişdi
-
Şəmkirdə usta evdə təmir zamanı öldü
-
Qızıl almaq istəyənlərə vacib xəbər
-
Mourinyo qızının bu fotolarını silməsini tələb etdi - Müzakirə yaradan görüntülər... - (Fotolar)
-
Ermənistan prezidentinin səhhəti pisləşdi
-
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
-
Bakıda azyaşlı faciəvi şəkildə öldü
-
Sabah yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı





