Şou-biznes

Şəbnəm Tovuzlu: "Paridən 1800 dollara çanta aldım, qızım əsəbiləşdi" (Video)

28 Oktyabr 2026 15:37
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Şəbnəm Tovuzlunun Paris səfəri zamanı etdiyi alış-verişlə bağlı açıqlaması diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçinin qızı Günellə yaşadığı maraqlı hadisəni danışması müzakirələrə səbəb olub.

Tovuzlu bu barədə "1001 şou" proqramında qonaq olarkən danışıb. Müğənni Parisdə qızı ilə birlikdə brend mağazalara baş çəkdiyini və oradan kiçik ölçülü çanta aldığını bildirib. Onun sözlərinə görə, çantaya 1800 dollar ödəməsi qızının narazılığına səbəb olub.

Sənətçi qızı Günelin bu alış-verişə görə ona irad bildirdiyini və hətta təyyarədə də məsələni dilə gətirdiyini söyləyib. Yaxınları Şəbnəmə Parisdə bir gün də artıq qalsaydılar, mağazalardan brendləri pulsuz əldə edə biləcəklərini deyib:

"Dedim ki, bizə havayı düşmür, biz gərək pul sayaq".

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.