Rəssam Fərid Rəsulov “Azərxalça” ASC-nin sərgi salonunda sənətsevərlərlə görüşüb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərxalça" ASC-nin İçərişəhərdə yerləşən sərgi salonunda rəssam Fərid Rəsulovun sənətsevərlərlə görüşü keçirilib.
Görüşdə rəssamın əsərlərinin xalça sənəti vasitəsilə yeni bədii ifadə forması qazanması və "Azərxalça" ASC ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" kolleksiyası müzakirə olunub.
Söhbət zamanı rəsm ideyasının xalçaya çevrilməsi, rəssamla xalça ustasının yaradıcı əməkdaşlığı, əl ilə toxunan xalçanın bədii dəyəri və ənənəvi sənətkarlığın müasir incəsənətdə yeri ətrafında fikir mübadiləsi aparılıb. Xalçanın sənət əsəri və interyer elementi kimi təqdimatı, kolleksiyanın məhdud sayda buraxılışı və Azərbaycan xalçaçılıq ənənəsinin yeni ifadə imkanları da müzakirə olunub.
"Azərxalça" ASC ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gələn "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" kolleksiyası Qarabağ xalçaçılıq ənənəsini müasir sənət dili ilə təqdim edir. Kolleksiya ənənəvi Qarabağ xalçaçılıq sənətini sadəcə keçmişin qalığı kimi deyil, müasir sənət dilinin canlı bir parçası kimi təqdim edir. Bu layihə, qədim naxışları müasir vizual kontekstdə yenidən "aktivləşdirir". Sərginin əsas qayəsi irs ilə müasirlik arasında ciddi bir dialoq yaratmaq, toxunmuş hər ilmədə nağılları və tariximizi bugünkü bədii təfəkkürlə birləşdirməkdir. Beynəlxalq Xalça Festivalı üçün xüsusi hazırlanan kolleksiya ilk dəfə həmin festivalda təqdim olunub və maraqla qarşılanıb. Kolleksiyaya - "Ağ at və quşların nağılı", "Qarabağ atının əfsanəsi", "Zəriflik naxışı", "Qızılı lələklərin əks-sədası", "İlmələrdəki pələng" və "Gecənin tacı nar" adlı fərqli 6 xalça daxildir. Yun və ipək qarışığından ibarət, 3D texnikası ilə hazırlanan "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" kolleksiyasının əsas ideyası: təkcə qorumaq kifayət deyil, mədəni irs aktual qalmaq üçün dinamik olmalıdır.
Görüş zamanı qonaqlar xalçalarla yaxından tanış olmaq və onlara toxunmaq imkanı əldə ediblər.
Xatırladaq ki, Fərid Rəsulovun "Azərxalça" ASC ilə birgə əməkdaşlıqdan ərsəyə gələn kolleksiyaya daxil xalçalar 30 oktyabr -1 noyabr tarixlərində baş tutacaq "Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" festivalında İçərişəhərdə yerləşən "QGalerry" sərgi salonunda "Yaddaşdan ötə" sərgisində festival müddətində sərgilənəcək.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rəssam Fərid Rəsulov “Azərxalça” ASC-nin sərgi salonunda sənətsevərlərlə görüşüb - (Foto)
-
Buta Gallery-də “İki baxış. Bir dünya” sərgisi açılıb: iki fərqli yaradıcılıq aləminin görüşü - (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
XƏBƏR LENTİ
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Azərbaycanda 17 min manata pişik satılır
-
Azərbaycanda aliment artırılacaq
-
Maliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
-
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib
-
Montellanın “Fənərbağça”dan tələbi bəlli oldu
-
Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan qadın saxlanıldı
-
Gülay Zeynallı Cennifer Lopezlə eyni libasda - (Foto)
-
Azərbaycanın daxili dövlət borcu azaldı
-
Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyuldu
-
İspaniyada sürət qatarları toqquşdu - 50 nəfər öldü - (Yenilənib/Video)
-
Rəssam Fərid Rəsulov “Azərxalça” ASC-nin sərgi salonunda sənətsevərlərlə görüşüb - (Foto)
-
44 qram qızıl aldılar, görün içindən nə çıxdı... (Video)
-
Şəbnəm Tovuzlu: "Paridən 1800 dollara çanta aldım, qızım əsəbiləşdi" (Video)
-
İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı nələr dedi?
-
Sürücülərə şad xəbər - Bu cərimənin məbləği kəskin azaldılır
-
14 illik həbs hökmündən sonra Ramiz Mehdiyevlə bağlı yeni qərar
-
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yeni məbləğlər açıqlandı
-
Tacir Şahmalıoğlunun oğlu ilə ifası Yeganəni ağlatdı (Video)
-
Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi
-
Prezident seçkilərində məğlub oldu, ölkədən getdi - (Foto)
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"
-
Yeni Qarabağ suvarma kanalının tikintisi nə vaxt başlayacaq? - Tarix açıqlandı
-
Buta Gallery-də “İki baxış. Bir dünya” sərgisi açılıb: iki fərqli yaradıcılıq aləminin görüşü - (Foto)





