Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)

27 Oktyabr 2026 22:01
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beynəlxalq Muğam Mərkəzində dünya opera sənətinin əfsanəsi, görkəmli opera müğənnisi Qalina Vişnevskayanın 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Qalina Pavlovna Vişnevskaya dünya opera sənətində özünəməxsus yeri olan sənətkarlardandır. Onun möhtəşəm sopranosu Böyük Teatrın, Londonun Kral Opera Teatrının (Kovent-Qarden) və Nyu-Yorkun "Metropoliten Opera" səhnələrinin tamaşaçılarını heyran edib. Sənətkarın həyat və yaradıcılıq yolu sevgi, cəsarət və musiqi sənətinə sonsuz sədaqət nümunəsidir.

Gecədə iki ölkəni təmsil edən iki istedadlı vokal ifaçısı - soprano Olqa Georgiyeva və mezzo-soprano Medina Tuqanova çıxış ediblər.

Azərbaycan Dövlət Musiqili Teatrının solisti Olqa Georgiyeva Bakının istedadlı vokal ifaçılarından biri kimi səhnəyə çıxıb. Türkiyəni təmsil edən Medina Tuqanova isə Antalya Opera Teatrının solistidir.

Konsert proqramında ifaçılar Qalina Vişnevskayanın repertuarından seçilmiş ariyalar və romanslar təqdim ediblər.

Böyük maraqla qarşılanan konsert anşlaqla keçib və musiqisevərlərə unudulmaz anlar yaşadıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.