Maraqlı

96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)

27 Oktyabr 2026 17:10
Baxış: 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin Konnektikut ştatında yaşayan Lillian Dronyak 96 yaşında sosial media ulduzuna çevrilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Nənə Dronyak" adı ilə tanınan qadının təxminən 15 milyon izləyicisi var. O, internetdə əldə etdiyi gəlirlə aylıq 12 min dollarlıq qocalar evi xərcini qarşılayır.

Lillian Dronyak bu ilin iyununda yaşadığı müəssisənin onu tez-tez məclislər təşkil etdiyinə görə oradan uzaqlaşdırmaqla hədələdiyini açıqladıqdan sonra gündəmə gəlib. Qocalar evi rəhbərliyi bu barədə deyilənləri təsdiqləyib. Daha sonra tərəflər ortaq razılığa gəliblər: Dronyak məclislər təşkil edə bilər, ancaq tədbirlərə spirtli içki gətirilməməlidir.

Onun sosial şəbəkələrdə tanınması isə 2020-ci ildən başlayıb. Əvvəlcə vaxtını keçirmək üçün nəvəsinin köməyi ilə videolar paylaşan qadın sonradan böyük auditoriya qazanıb. Hazırda nəvəsi qida və gözəllik sahəsində fəaliyyət göstərən brendlərlə əməkdaşlıq edir, sponsorlu paylaşımlar hazırlayır.

Bu fəaliyyətdən əldə edilən vəsaitin bir hissəsi Lillian Dronyakın qocalar evində yaşaması üçün xərclənir. Gəlirin digər qismi isə nəvələrinin uşaqlarının kollec təhsilinə dəstək məqsədilə yaradılmış fonda köçürülür.

"Mən həmişə məşhur olmaq potensialımın olduğunu bilirdim, sadəcə bunun 90 yaşlarımda baş verəcəyini düşünmürdüm", - deyə Dronyak BBC-yə müsahibəsində bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.