Şou-biznes

Şəbnəm Tovuzlu "Eyfel" qülləsinə “yekə vışka”, Parisə "Parij" dedi, qınandı (Video)

27 Oktyabr 2026 16:52
Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Şəbnəm Tovuzlunun Paris səfəri ilə bağlı danışdıqları studiyada maraqlı anlara səbəb olub.

Milli.Az xəbər verir ki, sənətçi "1001 şou" proqramının qonağı olarkən Fransanın paytaxtına səfərindən söz açıb. Onun "Eyfel" qülləsini "yekə vışka" adlandırması ilə diqqət çəkib.

Tovuzlu Parisə "Parij" deyib, ora qızının sayəsində getdiyini və səfərdən qayıtdığı gün mitinqlərin başladığını söyləyib. Müğənni həmkarı Zenfira İbrahimova ilə bu barədə söhbətindən danışıb.

"Qayıdan gün mitinqlər başladı. Zenfira dedi ki, hara getmisən? Dedim, Parisdəyəm, o yekə "vışka"nın altına mən də gəlmişəm. O da dedi ki, çox durma Eyfelin altında, o da yıxılar", - deyə müğənni danışıb.

Sənətçinin Eyfel qülləsini "yekə vışka" və Parisi "Parij" adlandırması müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.