Şou-biznes

"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"

27 Oktyabr 2026 14:38
Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Tacir Şahmalıoğlu duet ortağı Fədayə Laçınla bağlı narazılığını dilə gətirib.

Milli.Az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində qonaq olarkən xəstəxanada olduğu vaxtlarda yaşadığı məyusluqdan danışıb. O, səhhətində problem yarananda Fədayə Laçının onu ziyarət edəcəyini düşündüyünü, lakin bunun baş vermədiyini söyləyib.

Tacir Şahmalıoğlu həmin dönəmdə tələbəsinin yanında olmasını arzuladığını gizlətməyib. Bununla belə, müğənni Fədayə Laçına bu məsələni irad tutmaq niyyətində olmadığını bildirib.

"Gəlmədi, amma umdum. İstədim tələbəm gəlsin yanıma. Amma yenə də heç vaxt deməyəcəyəm niyə. Gözlədim", - deyə sənətçi qeyd edib.

Xatırladaq ki, Tacir Şahmalıoğlu bir müddət əvvəl səhhətindəki problemlə əlaqədar əməliyyat keçirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.