Hadisə

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

27 Oktyabr 2026 15:13
Baxış: 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan dövlət sərhədini pozan yeniyetmə əcnəbi saxlanılıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Astara rayonu, Züngüləş kəndində qeydə alınıb.

17 yaşlı Əfqanistan vətəndaşı qanunsuz yolla Azərbaycana keçdiyi üçün sərhədçilər tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2022-ci ildə işləmək məqsədilə valideynləri ilə birgə Əfqanistandan İrana keçib. Paytaxt Tehranda daş karxanalarında işləyib. Burada onunla birgə Azərbaycana qanunsuz keçən digər 5 nəfərlə tanış olub. Onun sözlərinə görə, son zamanlar İranda vəziyyət mürəkkəbləşdiyindən Avropaya getmək qərarına gəlib. Bunun üçün əvvəlcə Azərbaycana, sonra isə Gürcüstana getmək istəyib. Beləliklə, 17 yaşlı əcnəbi Tehrandan taksi ilə İranın Astara şəhərinə gəlib. Oradan isə heç bir sənədi olmadan piyada yolla Azərbaycana qanunsuz keçib. Lakin az sonra Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə o, 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.