Türkiyə

Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu

27 Oktyabr 2026 11:07
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin 30 vilayətində İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə "Daltonlar" kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı eyni vaxtda əməliyyat keçirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 85 şübhəli saxlanılıb.

İstintaq zamanı qruplaşmanın internet platformaları və qapalı mesajlaşma qrupları vasitəsilə pulamuzd cinayətkarlar cəlb etdiyi müəyyənləşdirilib. Əməliyyat Adana, İzmir, Ankara, Van, Bursa və Trabzon da daxil olmaqla 30 vilayətdə keçirilib.

Qruplaşmanın rəhbərinin xaricdə olduğu ehtimal edilən və barəsində "qırmızı bülleten"lə axtarış elan olunan Beratcan Gökdemir olduğu qeyd edilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.