Şou-biznes

Nura Suri: “Şahrux Xanın arvadı məni qısqanırdı” (Foto)

27 Oktyabr 2026 09:49
Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Nura Suri bu dəfə sosial şəbəkədə paylaşdığı yuxu ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi yuxusunda Bollivudun məşhur aktyoru Şahrux Xanla yaşadığı maraqlı anlardan bəhs edib.

Nura bildirib ki, yuxusunda dəniz sahilində təşkil olunan moda nümayişində iştirak etməli olub. Podiuma çıxmağa hazırlaşarkən onu xüsusi şəkildə geyindirib bəzəyiblər. Elə həmin vaxt Şahrux Xan da onun yanında peyda olub və müğənniyə xüsusi maraq göstərib. İfaçının sözlərinə görə, aktyorun həyat yoldaşı da bu yaxınlıqdan qısqanıb.

Gördüyü yuxunun təsirindən çıxa bilmədiyini deyən Nura Suri baş verənlərə yumorla yanaşıb. O, Şahrux Xanla bağlı belə bir yuxu görməsinin özünə də qəribə gəldiyini vurğulayıb və bunun Bollivud filmindən səhnəyə bənzədiyini qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.